Ərdoğan Rusiyadakı terror aktından - DANIŞDI

Ərdoğan Rusiyadakı terror aktından - DANIŞDI Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə başsağlığı verib və hücumu şiddətlə qınayıb.

News24.az-ın xəbərinə görə, qardaş ölkə prezidenti bunu Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.

R.T. Ərdoğan vurğulayıb ki, terror kimdən gəlirsə, törədən kim olursa-olsun, qəbuledilməzdir: “Terrorun qanlı, xain üzünü çox yaxşı bilir, biz rus xalqının ağrısını bölüşürük".