Braziliyanın keçmiş prezidentində ikitərəfli pnevmoniya aşkarlandı

Braziliyanın keçmiş prezidentində ikitərəfli pnevmoniya aşkarlandı Dünya

Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun müalicəsi reanimasiya şöbəsində davam etdiriləcək.

News24.az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.

Siyasətçidə ikitərəfli pnevmoniya aşkarlanıb.

Bolsonaru Braziliyanın paytaxtı Brazilia şəhərində yerləşən DF Star xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

O, ilkin olaraq bağırsaq keçməzliyi səbəbindən xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkimlər bronxoaspirasiya ilə əlaqəli pnevmoniya da aşkarlayıblar.

Qeyd edək ki, Bolsonarunun səhhəti noyabrın 23-də, bazar günü pisləşib. Onun qarın nahiyəsində şişkinlik və ağrılar artıb. Qusma tutmasından sonra qanda oksigen səviyyəsi aşağı düşüb, həmçinin üşütmə yaranıb.