Ərdoğan türk dövlətlərinin nazirləri ilə bir araya gəldi – Yeniləndi
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri arasınında keçirilən görüşdə müzakirə olunan mövzular açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" hesabında məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunduğunu bildirib.
Diplomatın sözlərinə görə, tərəflər Azərbaycan və qardaş türk dövlətləri arasında güclü əlaqələr, regional sülh və inkişaf sahəsində ortaq maraqlar, eləcə də enerji, nəqliyyat və digər istiqamətlərdə davam edən birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
**
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev və TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev ilə görüş keçirib.
News24.az xəbər verir ki, görüş İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Qeyri-rəsmi Toplantısı çərçivəsində baş tutub.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran da iştirak ediblər.