Ərdoğana sui-qəsdin iştirakçısı həbs edildi

Ərdoğana sui-qəsdin iştirakçısı həbs edildi Dünya

Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı Marmarisdə planlaşdırılan sui-qəsddə iştirak etməkdə ittiham olunan FETÖ üzvü Burkay Karatepe həbs olunub.

News24.az xəbər verir ki, 10 il qırmızı bülletenlə axtarılan Karatepe Afyonkarahisarda keçirilən əməliyyat zamanı saxlanılıb. O, Muğlaya aparıldıqdan sonra məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 15 iyul hadisələri zamanı Ərdoğanın qaldığı hotelə hücum nəticəsində iki polis əməkdaşı həlak olmuşdu. Hücumda iştirak edən şəxslərin əksəriyyəti daha əvvəl ömürlük həbs cəzasına məhkum edilib. Burkay Karatepe isə uzun illər qaçaq vəziyyətində olub və avqustun 1-də saxlanılıb. (Anadolu)