Ərdoğanın müəllimi vəfat etdi - Foto

Ərdoğanın  müəllimi vəfat etdi -  Foto Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ibtidai sinif müəllimi Ergün Sönməz İsveçrədə vəfat edib.

News24.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Əslən Diyarbəkirdən olan Ergün Sönməz uzun illər İsveçrədə yaşayıb. Onun cənazəsi Diyarbəkirin Ergani rayonuna gətirilib və cənazə namazından sonra ailə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ergün Sönməz 1960-cı illərdə ehtiyat zabit kimi hərbi xidmət keçdiyi dövrdə İstanbulun Kasımpaşa qəsəbəsində müəllim kimi fəaliyyət göstərib. Həmin illərdə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ibtidai təhsilinin 4-cü və 5-ci siniflərində müəllimi olub.

Ərdoğanın  müəllimi vəfat etdi -  Foto Ərdoğanın  müəllimi vəfat etdi -  Foto