Erməni deputatlardan seçki öncəsi narazılıq: Pul ödəmək istəmirlər

Erməni deputatlardan seçki öncəsi narazılıq: Pul ödəmək istəmirlər Dünya

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısında yerin qiyməti 1,3 min ABŞ dollarından 3,8 min ABŞ dollarına qədər dəyişir,

News24.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Qəzetin araşdırmasına görə, partiya üzvləri minimum məbləği ödəməli olacaqlar. Digər şəxslər isə partiya siyahısı ilə parlamentə keçmək istədikdə maksimum məbləği ödəməlidirlər.

Bu qiymət siyasəti partiya üzvləri arasında ciddi narazılıq yaradıb. Onlar partiyanın üzvü olduqları halda niyə görə pul ödəməli olduqlarını anlamırlar.

Partiya isə bu qərarın müəllifi haqqında açıqlama vermib və yalnız bildirib ki, bu, “kollegial qərardır”.

Qəzet qeyd edib ki, hakimiyyətə gəlmədən əvvəl “Vətəndaş Müqaviləsi” partiyasına üzvlük və deputat namizədliyinə irəli çıxmaq pulsuz olub.

Həmin vaxt üzvlük haqqı 3 min ilə 10 min dram arasında dəyişib.

Xatırladaq ki, növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında planlaşdırılıb.