Erməni nazir Azərbaycandan alınan yanacaqla bağlı yeniliyi açıqladı
Dünya
“Azərbaycandan yeni yanacaq partiyası yaxın günlərdə Ermənistana çatdırılacaq və bu, sensasiya olmamalıdır. Sensasiya ilk dəfə olanda idi”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
O qeyd edib ki, Azərbaycandan bir neçə min ton yanacaq gətiriləcək və bu dəfəki yenilik ondan ibarətdir ki, təkcə premium deyil, həm də adi benzin və dizel yanacağı tədarük olunacaq. Papoyan tədarüklərin gələcəkdə də davam edə biləcəyini vurğulayıb.
“Bu proseslə artıq məşğul olmayacağam, çünki iş artıq sistemli şəkildə qurulub", – deyə o əlavə edib. (News.am)