Erməni sabiq naziri xərəklə məhkəməyə gətirib həbs etdilər - VİDEO
Dünya
Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryan həbs edilib.
News24.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, İrəvan məhkəməsi gecə saatlarında keçmiş məmur barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Qərar onun saxlanılmasından bir neçə saat sonra qəbul edilib.
Məlumata görə, Xaçatryan İrəvanın Kentron İstintaq Təcridxanasına aparılıb. Hazırda Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan da burada saxlanılır.
Xaçatryan rüşvət alma, çirkli pulların yuyulması və əmlakın qanunsuz əldə edilməsində ittiham olunur.
Xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində Xaçatryanın və oğlunun evlərində, həmçinin onlarla əlaqəli 20-dən çox şirkətin ofis və filiallarında axtarışlar və digər istintaq hərəkətləri aparılıb.
Qeyd edək ki, Xaçatryanın yataqdan qaldırılaraq xərəkdə məhkəməyə aparıldığını əks etdirən görüntüləri də yayılıb.