Ermənistan MTX azərbaycanlılarla bağlı AÇIQLAMA YAYDI

Ermənistan MTX azərbaycanlılarla bağlı AÇIQLAMA YAYDI Dünya

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvandan videolar paylaşan azərbaycanlılarla bağlı açıqlama yayıb.

News24.az xəbər verir ki, xidmət bildirdiyinə görə, söhbət etnik azərbaycanlılardan – Rusiya vətəndaşlarından gedir. Onlar ölkəyə daxil olub və “Baqrateşen” keçid məntəqəsindən çıxıblar. Ziyarət şəxsi xarakter daşıyıb.

MTX məlumatına görə, həmin şəxslər əvvəllər 2013 və 2014-cü illərdə də Ermənistana səfər ediblər.