Ermənistan nüvə üçün ABŞ-a müraciət elədi - Araşdırma başladı
Dünya
ABŞ Ermənistanın “Saziş 123”-ə qoşulmaq üçün müraciətini araşdırır, təsdiq olunarsa, Ermənistan Amerikanın mülki nüvə texnologiyalarını ala bilər.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Ermənistanın CivilNet portalına deyilib.
ABŞ qanunlarına əsasən, Ağ Ev mülki nüvə texnologiyasının digər ölkələrə ötürülməsi üçün bunun şərtlərini müəyyən edən ABŞ-ın Atom Enerjisi Agentliyi Aktının 123-cü maddəsini təsdiqləyən sənədi imzalamalıdır. Dövlət Departamentinin 2022-ci il yeniləməsinə görə, ABŞ-ın hazırda 48 ölkə ilə belə müqavilələri var.
Portal yazır ki, İrəvan “Saziş 123”ə qoşularsa, bu, Ermənistanda SSRİ dövründə tikilmiş “Metsamor” AES-ni əvəzləyəcək Amerika texnologiyası ilə yeni AES-in layihələndirilməsi və tikintisinə imkan yarada bilər.