"Ermənistan və Rusiya atom enerji bloklarının tikintisi üzrə danışıqlar aparır" - Overçuk

"Ermənistan və Rusiya atom enerji bloklarının tikintisi üzrə danışıqlar aparır" - Overçuk Dünya

“Ermənistan və Rusiya ölkədə yeni atom enerji bloklarının tikintisi üzrə danışıqlar aparır”.

News24.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk İrəvanda Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı bildirib.

“Atom enerjisindən dinc məqsədlə istifadə ikitərəfli münasibətlərin gündəliyində duran mühüm məsələdir”.

Bundan əlavə, Overçuk Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması üzrə görülən işlər üçün Rusiya şirkətini seçdiklərinə görə erməni həmkarlarına minnətdarlığını ifadə edib.

Ayşən