Ermənistanda atışma oldu: bir nəfər güllələndi

Ermənistanda atışma oldu: bir nəfər güllələndi Dünya

Ermənistanda İqtisadiyyat Nazirliyinin binası yaxınlığında atışma baş verib, nəticədə bir nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.

İlkin məlumata görə, İqtisadiyyat Nazirliyinin özəl mühafizə şirkətinin əməkdaşı, 21 yaşlı Suren Rusyan sol ayağından yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır. (Report)