Ermənistanda dəhşətli hadisə: Sabiq deputatın oğlu öldü

Ermənistanda dəhşətli hadisə: Sabiq deputatın oğlu öldü Dünya

Ermənistanda “Daşnaksütyun” partiyasının rəhbərlərindən biri, sabiq deputat Qrant Markaryanın oğlu 41 yaşlı Mxitar Markaryan aldığı güllə yarasından sonra ölüb.

News24.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.

Mxitar Markaryan oktyabrın 25-nə keçən gecə Papazyan küçəsindən odlu silah yarası ilə xəstəxanaya çatdırılıb.

KİV-in məlumatına görə, o, öz tapançasından boğazına atəş açıb.

Mxitar Markaryan ağır vəziyyətdə xəstəxanaya aparılsa da, aldığı xəsarətlər onun həyatını xilas etməyə imkan verməyib.

Hüquq-mühafizə orqanları hadisə yerində onun adına qeydiyyatda olan tapança aşkarlayıb.