Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırılır
Dünya
Ermənistanda ehtiyatda olan hərbçilərin təlim toplanışlarının keçiriləcəyi günlər məlum olub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət yanvarın 8-də keçirilən iclasda “2026-cı il ərzində təlim toplanışlarının elan edilməsi haqqında” qərar qəbul edib.
Bu qərara əsasən, toplanışlar aşağıdakı tarixlərdə keçiriləcək:
• 3 fevral – 10 aprel (daxil olmaqla)
• 31 mart – 19 iyun (daxil olmaqla)
• 15 aprel – 15 iyul (daxil olmaqla)
• 9 iyun – 14 avqust (daxil olmaqla)
• 4 avqust – 9 oktyabr 2026-cı il (daxil olmaqla)
• 15 sentyabr – 15 dekabr (daxil olmaqla)
• 29 sentyabr – 20 noyabr (daxil olmaqla)
Eyni zamanda bildirilib ki, 1 yanvar 2026-cı ildən etibarən orduya çağırılanlar 1,5 il müddətinə xidmət edəcəklər. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin bu yarımillik dövrü doldura bilməsi üçün 25 günlük təlim toplanışlarında iştirak edənlərin sayı artırılacaq.