Ermənistanda əsgər intiharları davam edir - Gizir özünü asdı

Ermənistanda əsgər intiharları davam edir - Gizir özünü asdı Dünya
Ermənistan ordusunun hərbi qulluqçusu intihar edib.
News24.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhifəsində məlumat yayıb.
O bildirib ki, hərbi hissələrdən birinin orkestrinin əməkdaşı, gizir Samvel Qarniki Mejlumyanın Gümrüdəki evində asılmış meyiti aşkar edilib.