Ermənistanda kilsələr qarət edilir

Ermənistanda kilsələr qarət edilir Dünya

Son iki il ərzində Ermənistanda Erməni Apostol Kilsəsinə məxsus məbədlərdən oğurlanan əşyaların ümumi dəyəri 16 milyon dramdan (40 min dollardan) çox olub.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 2025-ci ildə kilsələrdən 8 oğurluq hadisəsi qeydə alınıb.

Oğurlanan əşyalar arasında İncil, xaç, bürünc qablar və pul olub.

Cinayətlər nəticəsində ümumilikdə 366 min dram (810 dollar) və 30 min dollar məbləğində zərər dəyib.

Bu ilin ilk 8 ayında isə oğurluq hallarının sayı iki dəfədən çox artaraq 17-yə çatıb.

Bu il kilsə və ibadətgahlardan qədəh, xaç, ianə qutusu, şamdan, gül vazası, şərab qabı və pul oğurlanıb.

Nazirliyin məlumatına əsasən, bu il törədilən oğurluqlar nəticəsində kilsələrə 5 milyon dramdan (13 min dollardan) çox zərər dəyib.