Ermənistanda müxalif deputatın evində axtarış aparılır
Dünya
Ermənistanda müxalif deputat İşxan Saqatelyanın evində axtarış aparılır.
News24.az xəbər verir ki, bu barədə “Ermənistan” blokundan olan deputat Geqam Manukyan məlumat yayıb.
İstintaqçılar yerli vaxtla səhər 08:30 radələrində evə gəliblər. Hazırda evə heç kəsin, o cümlədən vəkil Sergey Arutyunyanın daxil olmasına icazə verilmir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətçi deputatın avtomobillərində də axtarış aparıblar.
Axtarışın səbəbi hələlik məlum deyil. /Sputnik Ermənistan/