Ermənistanda polislə toqquşmada 50-dən çox adam xəsarət aldı

Ermənistanda polislə toqquşmada 50-dən çox adam xəsarət aldı Dünya
İrəvanda polislə toqquşmalarda əllidən çox adam xəsarət alıb.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son məlumata görə tibb mərkəzlərinə 34-ü polis, 16-sı mülki şəxs olmaqla 50 nəfər gətirilib.

Onlardan birinin vəziyyəti ağır olduğu üçün əməliyyata götürülüb./Apa.az/