Ermənistanda qalmaqal: Komissiya sədri istefa verdi
Dünya
Ermənistan parlamentinin səhiyyə məsələləri üzrə komissiyasının rəhbəri, “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Ripsime Unanyan növbəti qalmaqal fonunda vəzifəsindən istefa verib.
News24.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb.
“Ən yaxşı liderlik şəxsi nümunə ilə liderlikdir. Bu prinsipə əsaslanaraq, səhiyyə məsələləri üzrə komissiyanın sədri vəzifəsindən istefa ərizəsi təqdim etmək qərarına gəldim”, - deyə Unanyan qeyd edib.
O, həmçinin qarşıdan gələn parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısından namizədliyini geri götürmək qərarına gəldiyini bildirib.
Qeyd edək ki, Unanyanın vəzifədən imtinası növbəti qalmaqal fonunda baş verib. O, parlamentdə çıxışı zamanı “ölkəmizə təkcə əsgərlər deyil, həm də beyinlər lazımdır” deyib. /Sputnik Ermənistan