Ermənistanda sabiq nazir saxlanıldı
Dünya
Ermənistanın sabiq iqtisadiyyat naziri Vaan Kerobyan yenidən həbs olunub.
News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Kerobyanın evində axtarış aparıldıqdan sonra hüquq-mühafizə orqanları onu saxlayııblar.
Sabiq nazirin hansı maddə ilə saxlanıldığı hələ məlum deyil.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində nazir və iqtisadiyyat nazirliyinin bir sıra əməkdaşlarına qarşı cinayət işləri başlanıb. Onları intensiv bağçılıq proqramının həyata keçirilməsi zamanı vəsaitləri mənimsəməkdə və tenderlərdə iştirak edən şirkətlərə maneələr yaratmaqda ittiham ediliblər. Kerobyan bir neçə ay ev həbsində qalıb, lakin 2024-cü ilin iyun ayında azad edilib.