Ermənistanda zəlzələ baş verdi
Dünya
Ermənistanda Spitakdan 1 km şimalda zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 18:31-də baş verib. Yeraltı təkan 2,1 bal gücündə qeydə alınıb.
Zəlzələ Lori rayonunun Spitak şəhəri və Arevaşox kəndində 2-3 bal gücündə hiss olunub./teleqraf