Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu Dünya

Ermənistanda 2,1 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanların 2-3 ballıq episentri İcevan şəhərindən 20 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Təkanlar Tavuş vilayətində, o cümlədən İcevan, Noyemberyan şəhərlərində, həmçinin Koxb, Açacur və Voskepar kəndlərində hiss olunub.

Həmin yaşayış məntəqələrində də təkanlar 2–3 bal səviyyəsində qeydə alınıb. /Sputnik Ermənistan/