"Ermənsitan bu məsələnin dərinləşməsində maraqlıdır" - Paşinyan

"Ermənsitan bu məsələnin dərinləşməsində maraqlıdır" - Paşinyan Dünya

“Ermənistan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır”.

News24.az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, demokratiya Ermənistan üçün strateji seçimdir və bu, Aİ ilə əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməldir.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanla Aİ arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb: “Söhbət xüsusilə Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasından gedir”.