Əsəd ailəsindən iki nəfər həbs edildi

Əsəd ailəsindən iki nəfər həbs edildi Dünya

Suriyanın devrilmiş lideri Bəşər Əsədin ailəsinin iki üzvü Livanda saxlanılıb.

News24.az xəbər verir ki, Livan mətbuatının məlumatına görə, Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı saxta Suriya pasportu ilə Livandan çıxmaq istəyərkən Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Saxlanılan şəxslərin kimliyi mətbuatda açıqlanmayıb. Dureyd Əsədin ailəsinin Livanda yaşayıb-yaşamaması və ya Əsəd rejiminin devrilməsindən sonra Livana gəlib-gəlməmələri barədə dəqiq məlumat yoxdur.

Livan rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməsələr də, saxlanılan şəxslərin saxta pasportlardan istifadə edərək ölkəni tərk etməyə çalışdıqları bildirilib. Bu hadisə Əsəd ailəsinin beynəlxalq aləmdə mübahisəli keçmişi ilə bağlı inkişaf kimi diqqət çəkib.

Dureyd Əsədin əmisi Rifat Əsəd Suriyanın keçmiş lideri Hafiz Əsədin köməkçisi olub və beynəlxalq məhkəmələr tərəfindən 1982-ci ildə Həma qırğını başda olmaqla müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə ittiham edilib. 2021-ci ildə Fransada korrupsiya və Suriya dövlət vəsaitlərindən qeyri-qanuni istifadədə təqsirli bilinən Rifat Əsəd 4 il müddətinə azadlıqdan məhrum edilib.

Aynurə