Əsəd rejimi ilə PKK/YPG arasında qarşıdurma gücləndi
Dünya
Suriya hökuməti ötən ilin noyabrın 26-dan etibarən PKK/YPG terrorçularının yuva qurduğu Hələb vilayətinin Şeyx Maqsud və Əşrəfiyyə mahallarına yanacaq və əsas ərzaq məhsullarının girişini məhdudlaşdırıb.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, təxminən 8 həftədir minlərlə insanın yaşadığı məhəllələr isitmə məqsədləri üçün yanacağa çatmaqda böyük çətinliklər yaşayır.
Yanacaq problemi səbəbindən elektrik enerjisi verən generatorların əksəriyyəti sıradan çıxıb.
Fəratın şərqindəki enerji mənbələrini ələ keçirən PKK/YPG terror təşkilatı noyabrın 19-dan Əsəd rejiminə neft satışını dayandırdıqdan sonra Suriya qüvvələri Şeyx Maqsud və Əşrəfiyyəni mühasirəyə alıb.
Əsəd qüvvələri ötən ilin aprelində də bu iki mahalı mühasirəyə almışdı. PKK/YPG buna cavab olaraq Haseke vilayəti və Qamışlı mahalında Əsəd rejimi qüvvələrini blokadaya almışdı.
Suriya ordusu 2012-ci ildə vətəndaş müharibəsinin genişlənməsi və silahlı müqavimətin artması səbəbindən ölkənin şimalındakı bəzi əraziləri PKK/YPG-yə qarşı silahlı hərəkətə keçməmək şərti ilə tərk edib. PKK/YPG bundan sonra Hələbin mərkəzində yuva qurmağa başlayıb.
Terror təşkilat 2016-cı ildə Suriya və Rusiya qüvvələrinin Hələbi mühasirəyə alması və ələ keçirməsinə dəstək verib.