Əsəddən Türkiyə - AÇIQLAMASI

Əsəddən Türkiyə - AÇIQLAMASI Dünya

Suriya parlamentində çıxış edən Bəşər Əsədin gündəmində Türkiyə ilə əlaqələr olub.

News24.az xəbər verir ki, Əsəd indiyə qədər aparılan danışıqlardan heç bir nəticə alınmadığını bildirib: 

"Vasitəçilərin ciddi və səmimi səylərinə baxmayaraq, cəhdlər heç bir əhəmiyyətli nəticə vermədi", - deyib.

“Münasibətlərin bərpası ilk növbədə onun məhvinə səbəb olan səbəblərin aradan qaldırılmasını tələb edir”, - Suriya lideri qeyd edib.

Əsəd həmçinin türk əsgərlərinin Suriyadan çəkilməsini istədiyini, lakin bunun normallaşma danışıqları üçün şərt olmadığını bildirib.

Xatırladaq ki, Türkiyə 2011-ci ildə Suriya ilə əlaqələri kəsib.

Məryəm İlhamqızı