"Eurovision"da gərgin səsvermə: İsrailin müsabiqədə aqibəti necə olacaq?
Dünya
"Eurovision" üzvləri İsraillə bağlı səsvermə keçirəcək.
News24.az xəbər verir ki, nəticələrə əsasən, İsrailin müsabiqədə qalıb-qalmaması barədə yekun qərar qəbul ediləcək.
Məlumata görə, səsvermə cümə axşamı keçiriləcək.
Xatırladaq ki, daha əvvəl bir sıra ölkələr İsrailin mahnı müsabiqəsindən kənarlaşdırılması barədə müraciət edib. Hətta İsrailin iştirak edəcəyi təqdirdə bir neçə Avropa ölkəsi "Eurovision"da çıxış etməkdən imtina edib.