"Evdə tək" filminin ulduzu vəfat etdi

"Evdə tək" filminin ulduzu vəfat etdi Dünya

Aktrisa Ketrin O’Hara 71 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə “Variety” nəşri aktrisanın menecerinə istinadən məlumat yayıb.

O’Haranın ölüm səbəbi hələlik açıqlanmayıb. Bildirilir ki, aktrisanın daxili orqanları güzgü prinsipi ilə yerləşmişdi, lakin bu vəziyyət onun sağlamlığına və ümumi səhhətinə təsir göstərmirdi.

Ketrin O’Haranın karyerası 1970-ci illərdə başlayıb. O, ilk dəfə Kanadada yayımlanan “Canada After Dark” şousunda ekran qarşısına çıxıb. Aktrisanın kinoda debüt rolu isə 1976-cı ildə “The Rimshots” filmində olub.

1980-ci illərin əvvəllərində O’Hara kinoda daha diqqətçəkən rollar almağa başlayıb. Onun ilk böyük uğuru isə Tim Börtonun “Bitlcus” filmi olub.

Ketrin O’Haranın iştirakı ilə ərsəyə gələn ən tanınmış layihələr arasında “Evdə tək”, “Schitt’s Creek”, “The Last of Us” və “Best in Show” var. Aktrisanın filmografiyasında 50-dən çox ekran işi yer alır.

O’Hara yaradıcılığına görə “Qızıl Qlobus”, “Emmy” və ABŞ Kinoaktyorlar Gildiyasının mükafatı ilə təltif olunub.