Eyni ailədən üç baş nazir: - Mərasimə atası ilə əl-ələ gəldi
Dünya
Taylandın yeni baş naziri Peatonqtarn Şinavatra andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb.
News24.az xəbər verir ki, o, illərlə sürgündən qayıdan atası, keçmiş baş nazir Taksin Şinavatra ilə əl-ələ verib partiya qərargahına gəlib.
Gənc lider ailəsində atası və bibisindən sonra üçüncü baş nazir olub.
Qeyd edək ki, Taylandın yeni baş naziri Paetongtarn Shinawatra, kralın təsdiqindən sonra paytaxt Banqkokda təşkil edilən rəsmi mərasimlə vəzifəsinin icrasına başlayıb.
Günel Məlikzadə