Faciənin bir addımlığında - Təyyarə dronla üz-üzə
Dünya
“Boeing 737” tipli sərnişin təyyarəsi San-Fransisko şəhərindən San-Dieqo şəhərinə uçarkən eniş zamanı dronla toqquşma təhlükəsi ilə üzləşib.
News24.az xəbər verir ki, hadisə təxminən, 900 metr hündürlükdə baş verib.
Uçuş aparatını təyyarənin pilotu aşkar edib və məsafənin kritik dərəcədə az olduğunu qiymətləndirib.
Qəzanın qarşısını almaq mümkün olub. Təyyarə San-Dieqo Beynəlxalq Hava Limanına uğurla eniş edib, sərnişinlər adi qaydada təyyarəni tərk ediblər. hava gəmisinin gövdəsində heç bir zədə aşkar edilməyib.
ABŞ Federal Aviasiya Administrasiyası hadisəni təsdiqləyib və vurğulayıb ki, hava limanlarının yaxınlığında istənilən pilotsuz uçuş aparatlarının uçuşu qadağandır.
Federal Təhqiqat Bürosu hadisənin araşdırılmasına başlayıb. Dronun operatorunun kim olduğu və onun niyə uçuş-enmə zolağı yaxınlığında olduğunu müəyyən etməyə çalışırlar.