Faizlə pul verənlər saxlanıldılar
Dünya
Türkiyənin 58 vilayətində insanlara yüksək faiz qarşılığında pul verənlərə və fırıldaqçılara qarşı həyata keçirilən “KUYU-28” əməliyyatlarında 160 şübhəli tutulub.
News24.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
“Dəyərli xalqımızın bilməsini istəyirəm ki, mütəşəkkil cinayət təşkilatları və qruplar kimi kredit şirkətlərinə imkan yaratmayacağıq”, - deyə nazir bildirib.
Teymur Məmmədov