Fatih Ürək vəfat etdi

Fatih Ürək vəfat etdi Dünya

Türkiyə şou-biznesinin ən rəngarəng simalarından olan Fatih Ürək vəfat edib. Ötən ilin oktyabr ayında evində qəfil halı pisləşən və xəstəxanaya yerləşdirilən, həmin vaxtdan bəri reanimasiya şöbəsində müalicə alan tanınmış sənətçi həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə sənətçinin meneceri və yaxınları açıqlama verib.

Fatih Ürək 3 aprel 1966-cı ildə Ərzurumda anadan olub.

Musiqiyə olan bağlılığı və sənəti onu İstanbula gətirib. 1993-cü ildə ilk albomunu təqdim edib və 2008-ci ildə səsləndirdiyi “Hadi hadi” və “Sus” mahnıları ilə geniş auditoriyaya tanınıb.

Həmçinin "Gəlinim mətbəxdə" verilişinin aparıcısı olub.

Bundan başqa, bir neçə serialda epizodik rolda çəkilib.