"FED faiz dərəcələrini yaxın zamanlarda aşağı salmayacaq" - İlon Mask
Dünya
Qlobal iqtisadiyyatı qarşıda çətin bir il gözləyir.
News24.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask “Tesla”nın səhmdarlarının iclasında deyib.
Maskın fikrincə, dövr ərzində kompaniyaların bir çoxu iflasa uğrayacaq: "Makroiqtisadi vəziyyət azı bir il mürəkkəb olaraq qalacaq, lakin növbəti 12 ay ərzində geri dönüş baş verəcək və kompaniyanın maliyyə vəziyyəti daha da yaxşılaşacaq".
O bildirib ki, FED faiz dərəcələrini yaxın zamanlarda aşağı salmayacaq.
Milyarder "Twitter"in icraçı direktoru postundan gedəcəyi barədə şayiələri təkzib edib.
Qeyd edək ki, mayın 16-da keçirilən hərraclarda “Tesla”nın səhmləri 1,2 faiz bahalaşıb, kompaniyanın kapitallaşması isə ilin əvvəlindən bəri 35,2 faiz artıb./cnbc.com/