Fələstindən dünyaya çağırış: "Qətliamı dayandırın!"
Dünya
Fələstin İsrailin Qəzza zolağında mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları qınayaraq beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb.
News24.az xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrinə endirdiyi zərbələrlə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada deyilir:
“Radikal İsrail hökumətinin Qəzzadakı qətliamları davam edir. Mülki şəxslərə qarşı bu hücumları ən sərt şəkildə pisləyirik.”
Nazirlik bildirib ki, sivillərə qarşı törədilən bu qətliamların dayandırılması üçün təcili beynəlxalq müdaxilə lazımdır və İsrailin hücumlarının beynəlxalq sülh səylərinə tamamilə zidd olduğu vurğulanır.
Xatırladaq ki, noyabrın 22-də İsrailin Qəzzaya ardıcıl hava zərbələri nəticəsində azı 20 nəfərin öldüyü bildirilir.