Fermada FACİƏVİ hadisə: Ölən və yaralı var - Bu ölkədə

Fermada FACİƏVİ hadisə: Ölən və yaralı var - Bu ölkədə Dünya

Ankaranın Polatlı rayonunda yerləşən heyvandarlıq fermasında baş verən bədbəxt hadisə faciə ilə nəticələnib.

News24.az xəbər verir ki, 15 yaşlı yeniyetmə yem qarışdırma maşınına ilişərək həyatını itirib, onu xilas etməyə çalışan böyük bacısı isə ağır xəsarət alıb.

Məlumata görə, Mehmet D. fermada işlədiyi zaman yem qarışdırma aparatına ilişib. Hadisəni görən yaxınları dərhal müdaxilə etməyə çalışıblar. Yeniyetməni xilas etmək istəyən bacısının da qolu aparatın içərisinə ilişib.

Ağır yaralanan gənc qadının qolunu itirdiyi bildirilib.

Hadisə yerinə tibb və jandarma əməkdaşları cəlb olunub. Həkimlər 15 yaşlı Mehmetin hadisə yerində həyatını itirdiyini müəyyən ediblər.

Yeniyetmənin meyiti Polatlı Duatepe Dövlət Xəstəxanasının morquna aparılıb. Ağır yaralanan bacısı isə ilkin tibbi yardımdan sonra Ankara Şəhər Xəstəxanasına yerləşdirilib.