"Ferrari"ni balkonunda saxladı, cərimələndi - Foto

"Ferrari"ni balkonunda saxladı, cərimələndi - Foto Dünya

Vyanada 28 yaşlı sahibkar Amar Deziç parkinq tapa bilmədiyi üçün 300 min avro dəyərində olan Ferrari 296 GTB avtomobilini kran vasitəsilə mənzilinin balkonuna qaldırıb.

News24.az xəbər verir ki, o, avtomobili “sənət əsəri” kimi nümayiş etdirməyi və hətta balkon üçün şüşə vitrin tikdirməyi planlaşdırırıb.

Lakin qonşuların şikayətindən sonra səlahiyyətli qurumlar məsələyə müdaxilə ediblər. Bildirilib ki, balkon 1400 kiloqramlıq avtomobili daşımaq üçün nəzərdə tutulmayıb və bu, ciddi təhlükə yaradır. Yanğın təhlükəsizliyi səbəbilə avtomobilin dərhal eyvandan çıxarılması qərara alınıb.

Deziç qərardan narazı qalıb və Vyanada tətbiq olunan sərt qaydalardan şikayətlənib.

"Ferrari"ni balkonunda saxladı, cərimələndi - Foto