Fidan və Blinken hansı məsələləri müzakirə - ediblər?

Fidan və Blinken hansı məsələləri müzakirə - ediblər? Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-nin dövlət katibi Entoni Blinken İstanbulda keçirilən görüşdə qlobal və regional gündəlikdəki məsələləri müzakirə ediblər.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Rəsmilər ikitərəfli münasibətləri, regional məsələləri, xüsusilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları, həmçinin Suriya və İraqdakı vəziyyəti ətraflı müzakirə ediblər”, - mənbə bildirib.

Fidanla danışıqlardan sonra ABŞ dövlət katibi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Görüş mətbuata qapalı keçirilib.

Ayşən