Fil 17 nəfərin həyatına son qoydu
Dünya
Hindistanda erkək fil insanlara hücum edərək onları öldürüb.
News24.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Məlumata görə, filin hücumu nəticəsində 17 nəfər ölüb.
Hücumların birində fil bir kişinin başını qoparıb. Şahidlərin sözlərinə görə, heyvan daha çox gecə saatlarında, insanlar yatarkən hücum edir. Mütəxəssislərin fikrincə, filin bu cür davranışına səbəb kəskin aqressiya artımı ilə müşayiət olunan hormonal dövrdür.
Meşə təsərrüfatı departamentinin əməkdaşları hələlik fili izləyib tapmağa müvəffəq olmayıblar. Əməliyyata Hindistanın müxtəlif regionlarından dövlət və müstəqil xidmətlər cəlb edilib. Heyvan aşkar edildikdən sonra onu zərərsizləşdirmək planlaşdırırlır.