Filippində təyyarə vulkanın krateri yaxınlığında qəzaya düşüb, - ölənlər var

Filippində təyyarə vulkanın krateri yaxınlığında qəzaya düşüb, - ölənlər var Dünya
Filippində təyyarə fəaliyyətdə olan vulkanın krateri yaxınlığında qəzaya uğrayıb.

News24.az TASS-a istinadən xəbər verir ki, nəticədə iki Avstraliya vətəndaşı, iki yerli sakin həlak olub.

Qeyd edilib ki, təyyarə fevralın 18-də Manilaya uçub, iki saat sonra onunla əlaqə kəsilib. Üç sutka sonra isə təyyarənin qalıqları fəaliyyətdə olan Mayon vulkanının krateri yaxınlığında aşkarlanıb.//apa.az