Filippində vulkan püskürdü, sakinlərə xəbərdarlıq edildi
Dünya
Filippinin Albay vilayətində Mayon vulkanı püskürməyə başlayıb, regionun səması qalın tüstü ilə örtülüb.
News24.az xəbər verir ki, kül yağıntısı Kamalik və Ginobatan şəhərlərinə də yayılıb.
Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu sakinləri ehtiyatlı olmağa və xüsusilə dərələr və çay yataqları kimi təhlükəli ərazilərə getməməyə çağırıb. Burada isti qaz və qaya parçalarından ibarət axınların yaranma riski var. (Oxu.az)