Filmdə işlətdiyi hər sözə görə 66 min manat aldı - FOTO

Filmdə işlətdiyi hər sözə görə 66 min manat aldı - FOTO Dünya
Məşhur aktyor Kianu Rivz "Con Uik 4" filmində işlətdiyi hər sözə görə 66 min manat alıb.

News24.az
xəbər verir ki, "The Wall Street Journal"-ın jurnalistləri təxminən üç saat davam edən film ərzində aktyor cəmi 380 sözdən istifadə edib. 

Eyni zamanda, Rivz şəxsən canlandırdığı baş qəhrəmanının susmasını istəyib. 

Nəticədə filmin yaradıcıları dialoqun yarısını kəsərək hərəkətli səhnələrə daha çox üstünlük veriblər. 

Qeyd edək ki, sifarişli qatil haqda film ABŞ-da ötən həftə sonu 70 milyon dollardan çox gəlir əldə edərək, kassada birinci olub. Kianu Rivzin özü bu rola görə 15 milyon dollar alıb. 

Teymur MƏMMƏDOV