Finlandiyadan mühüm qərar: bu qadağa ləğv edilir

Finlandiyadan mühüm qərar: bu qadağa ləğv edilir Dünya

Finlandiya piyada əleyhinə minaların qadağan olunmasını nəzərdə tutan Ottava Konvensiyasından rəsmi şəkildə çıxıb.

News24.az xəbər verir ki, Helsinki bu qərarı ölkənin müdafiə qabiliyyətini gücləndirmək zərurəti ilə izah edib.

Konvensiyadan çıxış Finlandiyaya yenidən piyadaya qarşı minalardan istifadə və istehsal etməyə, anbarlarda saxlamağa imkan verir.

Rusiya–Ukrayna müharibəsi fonunda Finlandiya artıq sərhəd təhlükəsizliyini gücləndirmək üçün təxminən 200 kilometrlik müdafiə sədləri inşa edir, yeraltı infrastrukturunu genişləndirir, hərbi təlimləri intensivləşdirir və əhalinin təxliyəsi ilə bağlı təlimatları yeniləyir.

Qeyd edək ki, daha əvvəl Estoniya, Latviya, Litva və Polşa da oxşar qərarlar qəbul edərək Ottava Konvensiyasından çıxmaq yolunu seçiblər.