“Fənərbağça”nın prezidenti qəzaya düşdü - FOTO
Dünya
“Fənərbağça” futbol klubunun prezidenti Sadettin Saran qəzaya düşüb.
News24.az xəbər verir ki, klub rəhbəri “Chobani” stadionuna gedərkən İstanbulun Ataşehir rayonunda qəza törədib.
Avtomobil qəzasından sonra prezident Saranın bədənində göyərmələr yaranıb, sürücü isə yüngül xəsarət alıb.
Sadettin Saranın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.