Fotolardan hicabı çıxaran AI: "Grok" bloklandı
Dünya
Süni intellekt “çatbot”u olan “Grok” İndoneziya və Malaziyada müvəqqəti bloklanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Grok”un böyüklər üçün məzmunu heç bir məhdudiyyət olmadan yarada bilməsi və belə imkanın yerli qanunvericiliyə zidd olmasıdır.
Bildirilir ki, razılıq olmadan intim xarakterli dipfeyklərin yaradılması hüquqların və insan ləyaqətinin ciddi şəkildə pozulması, həmçinin internetdə ictimai təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilib.
Xüsusilə qeyd olunub ki, “Grok” fotolardan hicabı və digər geyimləri çıxara bilir.
Eyni zamanda İndoneziya və Malayziya “Grok” süni intellektinə girişi məhdudlaşdıraraq süni intellekt sistemini cinsi məzmun yaratmasına görə qadağan edən ilk ölkələr olublar.