Fransa BƏƏ-dən vətəndaşlarını təxliyə edə bilmədi
Dünya
Fransa Birləşmiş Ərəb Əmirliklərində olan vətəndaşlarını təxliyə etmək üçün göndərdiyi təyyarəni bölgədəki təhlükəsizlik vəziyyəti səbəbindən geri çağırıb.
News24.az xəbər verir ki, Fransa hökuməti vətəndaşlarını BƏƏ-dən çıxarmaq məqsədilə sərnişin təyyarəsi göndərsə də, regionda davam edən raket və pilotsuz uçuş aparatları ilə bağlı hücum təhlükəsi səbəbindən təyyarə geri qayıdıb.
Fransanın nəqliyyat naziri Filipp Tabarot bildirib ki, bölgədəki təhlükəsizlik riski təxliyə əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir.
Nazirin sözlərinə görə, təyyarənin geri qayıtması regiondakı qeyri-sabit vəziyyət və təxliyə prosesinin mürəkkəbliyini göstərir.