Fransa bu halda minlərlə hərbçini Ukraynaya yollaya bilər

Fransa bu halda minlərlə hərbçini Ukraynaya yollaya bilər Dünya

Atəşkəs elan olunduqdan sonra minlərlə fransız hərbçisi Ukraynaya göndərilə bilər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, söhbət Moskva ilə Kiyev arasında razılaşma imzalandıqdan sonra sülhün təmin edilməsi məqsədilə yerləşdiriləcək qüvvələrdən gedir.

Fransa prezidenti qeyd edib ki, kontingentin yerləşdirilməsi əvvəlcədən planlaşdırılacaq və Parisin xarici əməliyyatları çərçivəsində həyata keçiriləcək.

O bir daha vurğulayıb ki, bu bölmələr döyüş əməliyyatlarında iştirak etməyəcək və yalnız sülh sazişi bağlandıqdan sonrakı dövr üçün nəzərdə tutulur.

Qeyd edək ki, Makron daha əvvəl bildirib ki, “istəkli koalisiya” adlanan iştirakçılar böhran başa çatdıqdan sonra 800 min nəfərlik peşəkar Ukrayna ordusu yaratmaq niyyətindədirlər. Onun sözlərinə görə, belə qüvvələr gələcəkdə Kiyevin təhlükəsizliyinin təmin olunması üçün zəruri hesab edilir.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də atəşkəsdən dərhal sonra Britaniya və Fransanın Ukraynada hərbi mövcudluğunu gözlədiyini açıqlayıb.

Xatırladaq ki, Rusiya Federasiyası dəfələrlə Ukrayna ərazisində xarici kontingentlərin mövcudluğunun yolverilməz olduğunu bəyan edib.