Fransa İranın Türkiyəyə raket atmasını qətiyyətlə pislədi

Fransa İranın Türkiyəyə raket atmasını qətiyyətlə pislədi Dünya

Fransa İranın Türkiyə istiqamətində raket buraxmasını qətiyyətlə pisləyib.

News24.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın buraxdığı raket NATO-nun raketdən müdafiə sistemi tərəfindən Türkiyənin hava məkanında zərərsizləşdirilib.

Paris qeyd edib ki, İran region dövlətlərini hədəf alan bu cür əsassız hücumları dayandırmalıdır.

Fransa həmçinin vurğulayıb ki, münaqişəyə onların iradəsi olmadan cəlb olunan müttəfiq və tərəfdaş ölkələrin yanında dayanır.