Fransa nüvə gücünü artırır
Dünya
Fransa nüvə arsenalını artıracaq.
News24.az xəbər verir ki, bu barədə Emmanuel Makron ölkənin yenilənən müdafiə strategiyasını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, nüvə silahı artan qlobal təhdidlər fonunda Fransanın təhlükəsizliyinin əsas elementi və Avropanın müdafiəsinin təminatıdır. Makron vurğulayıb ki, nüvə silahından istifadə ilə bağlı qərar əvvəl olduğu kimi yalnız Fransa Prezidentinin səlahiyyətində qalacaq.
Paris həmçinin Avropa müttəfiqləri ilə nüvə çəkindirmə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etməyə hazırdır. Məqsəd Avropa İttifaqının kollektiv təhlükəsizliyini gücləndirməkdir.