Fransa vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

Fransa vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı Dünya

Fransa hökuməti Malidə təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbilə öz vətəndaşlarına müraciət edərək, onları ölkəni təcili tərk etməyə çağırıb.

News24.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda 25 aprel tarixində törədilən silahlı hücumlardan sonra vəziyyətin "son dərəcə kövrək" olduğu vurğulanıb. Rəsmi Paris vətəndaşlarına müraciət edərək, mümkün qədər tez və əsasən hava nəqliyyatı vasitəsilə Malini tərk etməyi tövsiyə edib.

Məlumata görə, silahlı qrupların hərbi obyektlərə hücumu, baş verən partlayış və toqquşmalar paytaxt Bamako da daxil olmaqla bir neçə strateji bölgəni əhatə edib.

Fransa rəsmiləri hazırda Malidə olan vətəndaşlarını ölkədaxili səfərləri minimuma endirməyə və yerli qurumların təhlükəsizlik xəbərdarlıqlarına ciddi şəkildə əməl etməyə çağırıb.