Fransada DƏHŞƏT: - 1,3 min maşın, 234 bina yandırıldı

Fransada DƏHŞƏT: - 1,3 min maşın, 234 bina yandırıldı Dünya
Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsinə etiraz edən etirazçılar bu gecə 1,3 min maşın və 234 bina yandırıblar.

News24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

Məlumata görə, ötən gecə 2560 yanğın hadisəsi baş verib. Nəticədə 1350 maşın yandırılıb, 234 bina yanıb və yaxud yanğından zədələnib. Etirazçılar 31 polis bölməsinə, 16 bələdiyyə polis bölməsinə və 11 jandarma kazarmasına hücum ediblər.